"Qalatasaray"ın müdafiəçisi 1 il sonra məşqə çıxdı

17:19 - 14 Yanvar 2022

"Qalatasaray"ın müdafiəçisi Omar Elabdellaoui uzun müddətdən sonra komanda ilə məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, 2021-ci ildə yeni il şənliyi zamanı fişəng partlaması nəticəsində gözündən ağır xəsarət alan norveçli futbolçu müalicəsini başa vurub. 30 yaşlı sağ cinah müdafiəçisi 1 illik fasilədən sonra kollektivlə birlikdə çalışmalarda iştirak edib.

 

Qeyd edək ki, Omar Elabdellaoui "Qalatasaray"a 2020-ci ilin yayında azad agent statusu ilə keçib. Təcrübəli müdafiəçi İstanbul təmsilçisinin heyətində 13 matçda meydana çıxıb.

Xəbər xətti