"Neftçi" panamalı hücumçunu düşərgəyə dəvət etdi

22:04 - 14 Yanvar 2022

Türkiyənin Antalya şəhərində toplanışda olan “Neftçi” heyətinə növbəti futbolçunu dəvət edəcək.

Sportal.az saytının məlumatına görə, “ağ-qaralar” Panama millisinin üzvü Ansoni Alexandro Frias Qonzalesi baxışa dəvət edib.

​21 yaşlı hücumçu son dəfə “Allianz” klubunun heyətində Panama çempionluğunu yaşayıb. O, “Neftçi”də baxışda olacaq. Samir Abasovun etimadını qazanacağı təqdirdə Bakı klubu onunla müqavilə imzalayacaq.

Xəbər xətti