"Qəbələ"nin ilk oyununun başlama saatı açıqlandı

22:14 - 17 Yanvar 2022

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” sabah ilk yoxlama oyununa çıxacaq.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Antalya toplanışındakı ilk sınaq “İC Santai” Futbol Mərkəzində baş tutacaq. “Qırmızı-qaralar” Polşa təmsilçisi “Zaqlembe” ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

​Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/91 və 2006/07 mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. “Zaqlembe” Polşada 3 dəfə kubok, 1 dəfə Superkuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt “Zaqlembe” Avropa Liqasında 3-cü təsnifat mərhələsinə qədər irəliləyib. Rəqibimiz 2000-ci ildə İntertoto kubokunda Azərbaycan təmsilçisi “Viləş”i mübarizədən kənarlaşdırıb – 4:0, 3:1. Ötən mövsüm Ekstraklasada 16 komanda arasında 8-ci yeri tutan komanda hazırda 18 iştirakçı arasında 14-cüdür.

Xəbər xətti