Türkiyə millisinin üzvü Moskva klubuna keçdi

Türkiyə millisinin üzvü Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, "Lill"in yarımmüdafiəçisi ÇSK-ya keçib. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında Moskva klubunda çıxış edəcək. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Yusuf Yazıcı "Lill"ə 2019-cu ilin yayında "Trabzonspor"dan keçib. O, cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 22 oyunda 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

Tarix: 19 Yanvar [16:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2022
27  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio