"Qəbələ" çexiyalılara uduzdu

18:43 - 24 Yanvar 2022

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ bu gün son yoxlama matçına çıxıb.

Sportal.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Çexiyanın “Bohemians” klubu ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. “Bohemians” yüksək liqada 16 komanda arasında 18 xalla 12-ci pillədə qərarlaşıb.

"Qəbələ" bunadək Polşa “Zaqlembe”sinə uduzub (1:2), Şimali Makedoniya “Boreç”inə qalib gəlib (1:0).

Xəbər xətti