"Mançester Yunayted"dən ayrılmağa qərar verdi

15:52 - 29 Yanvar 2022

"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bek komandadan ayrılmaq istəyir.

 

Sportal.az xəbər verir ki, Niderland millisinin üzvü bu istəyini klub rəhbərliyinə çatdırıb. O, mövsümün ikinci yarısını icarə əsasında başqa klubda keçirmək fikrindədir. Britaniya mediasının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas" maraqlanır.

 

Van de Bek bu mövsüm 14 oyunda 1 qol vurub.

Xəbər xətti