Şimali Makedoniyanın sistemi və bizim sistem

İki milyon əhalisi olan Makedoniya dördqat dünya, sonuncu Avropa çempionu İtaliyanı səfərdə məğlub edib DÇ-2022-nin “pley-off”un finalına vəsiqə qazandı.

 

Makedoniya..

 

Vaxt vardı Azərbaycan klublarına Makedoniya millisinin futbolçularını təklif edəndə ağız büzərdik(bunu ona görə yazıram ki, makedonların hazırkı heyəti səbəb göstərilməsin)

 

Amma həmin 2 milyonluq ölkə Avropa çempionatının ardından mundialın da artıq bir addımlığındadır.

 

Demək ki, mümkündür. Hər şey mümkündür. Sadəcə, bunu İSTƏMƏK lazımdır.

 

Necə? Çox sadə misal: makedonları Avropa çempionatına çıxaran İqor Angelovski hansısa əcnəbi, “ünlü-ütülü” mütəxəssis deyildi.  Eləcə də indiki çalışdırıcısı Milevski də U-21-dən gələn A milliyə gələn yerli məşqçidir.

 

Və nəticə davam edir. Nəticə hardan gəlir: SİSTEMli çalışmaqdan.

 

Bizdə niyə yoxdur o SİSTEMdən? 

 

Çox sadə. Dövlətin məhz o SİSTEM üçün ayırdığı milyonları “ünlü-ütülü, pafoslu əcnəbilərə yedizdirməklə “bizdə futbol(çu) yoxdur” bəhanəsk arxasında gizlənməklə.

 

Bizdə futbol(çu) var. Bunu “Qarabağ”, “Neftçi”, “Qəbələ” göstərib. 

 

Cəmi bir dəfə “gizləndiyimiz” pərdənin arxasından çıxmağa məcbur edildik: Qurban Qurbanova şans verdik, onda da…

 

Angelovski Makedoniya millisinə 2015-də təyinat almışdı, 5 (!) il sonra millini Avropa çempionatına çıxardı. Angelovskinin (eləcə də Milevskinin) nə məşqçi, nə də məşqçi kimi uğurları vardı. Amma futbol başbilənləri istədilər və inandılar. 5 il sonra istək nəticəylə taclandı.

 

Bizdə necə oldu?

 

8 dəfə qrup mərhələsinə çıxmaqla SİSTEMİN möcüzəsini göstərən Qurban Qurbanova 6 illik SİSTEM şansı (əslində imitasiya) “verib”,  1 il sonra ilk məğlubiyyətdən sonra da  yola saldıq.

 

Qurban Qurbanov millidə qalsaydı AÇ və DÇ görə bilərdikmi? Sualdı-məchuldur..

 

Amma makedonların əcnəbilərə verməyə milyonları olmadığı üçün SİSTEMİ seçdilər. Nəticə də göz qabağındadır. Bizimsə pulumuz, futbolçu potensialı, sistemi-stabilliyi bilən mütəxəssisimiz olsa da  uğura “vaxt”ımız olmadı.

 

Nurlan İbrahimov

Tarix: 25 Mart [10:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio