Yığmamız uduzdu

19:57 - 13 May 2022

Azərbaycanın futbol üzrə U-17 millisi UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, yığmamız Gürcüstanda təşkil edilən yarışda Zambiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Komandamız 1:3 hesabı ilə məğlub olub. Millinin heyətində yeganə qolu 28-ci dəqiqədə Musa Məmmədov vurub.

U-17-nin növbəti oyunu mayın 16-da gürcüstanlı həmyaşıdlarına qarşı olacaq.

Xəbər xətti