Menecerindən açıqlama: Mesut Özil "Fənərbaxça"dan gedir?

18:20 - 18 May 2022

"Fənərbaxça"dakı gələcəyi bəlli olmayan Mesut Özilin meneceri Erkut Söyüt açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, 33 yaşlı yarımmüdafiəçinin İstanbul klubunda qalacağını bildirib:

 

"Əvvəllər Mesuta MLS-dən bir neçə klub təklif göndərmişdi. Amma o, "Fənərbaxça"ya gəlmək istədi və hazırda "Fənərbaxça"dadır. Mesut daha 2 il burada futbol oynayacaq".

 

Qeyd edək ki, "Fənərbaxça" rəhbərliyinin qərarı ilə Mesut Özil 24 mart tarixində əsas komandadan kənarlaşdırılıb.

Xəbər xətti