Premyer Liqa klubu baş məşqçi postuna onu gətirir

"Şamaxı"da yeni baş məşqçi təyinatı gözlənilir.

Sportal.az saytına verilən məlumata görə, bölgə klubunun baş məşqçi postuna namizədlər yerli mütəxəssislərdi.

Əslində, klub ölkə xaricindən də baş məşqçi gətirməyi planlaşdırır. Amma büdcənin aşağı olması səbəbindən rəhbərlik bu postu yerli mütəxəssisi tapşırmaq istəyir.

Hazıda baş məşqçi postuna ən real namizəd isə Vəli Qasımovdu. Mövsüm sona çatan kimi Qasımovun əsas komandaya rəhbərlik etməsi gözlənilir. 

O, hazırda "Şamaxı"nın futbol məktəbinin koordinatoru vəzifəsində çalışır. 

Sənan Qurbanovun gedişindən sonra baş məşqçi postu müvəqqəti olaraq Rüstəm Əliyevə tapşırılıb. O, "Şamaxı-2"yə geri göndəriləcək.

Tarix: 18 May [20:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio