"Çempionlar Liqası qruplarında iştirak etmək minimum hədəfimizdi"

"Qarabağ"ın baş məqşçsisi Qurban Qurbanov komandasının UEFA Çempionlar Liqasındakı hədəfi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 50 yaşlı çalışdırıcı minimum hədəfin turnirin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu deyib:

 

"Hər zaman bildirmişəm ki, hansı turnirdəyiksə, maksimum hədəfə çatmaq istəyirik. Çempionat, kubok, sonda avrokuboklar. Çempionlar Liqası qruplarında iştirak etmək minimum hədəfimizdi. Bunu bütün ölkə çempionları istəyir. Qarşımızda qeyri-stabil günlər durur. Futbolçular millilərə gedir. ÇL-in ilk oyununa tam istədiyimiz kimi hazırlaşa bilməyəcəyik, vaxt az olacaq, futbolçuların hamısı ilə birlikdə olmayacağıq. Minimum qrupa, pley-offa kimi getmək istəyirik. Hədəfimiz budu. Nə dərəcədə alınacaq, bilmirəm. Qalib gəlməyə bilərik, hədəfə çatmaya bilərik, amma meydanda döyüşməliyik. Hədəfim yaxşı döyüşçü yetişdirməkdi. Hədəfimiz yenə də Çempionlar Liqasının qrupuna düşməkdi. Bu il daha çox güc sərf edəcəyik".

Tarix: 23 May [17:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio