Qurban Qurbanova "Şöhrət" ordeni təqdim olundu - FOTO

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova ali mükafatı təqdim edib.

Sportal.az xəbər verir ki, AFFA prezidenti Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qurban Qurbanov verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.

 

Tarix: 25 May [11:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio