Türkiyə klubunun prezidenti Abdolbari Gözəl ilə görüşdü - FOTO

18:20 - 25 May 2022

“Alanyaspor”un Bakıda səfərdə olan prezidenti Hasan Çavuşoğlu bu gün "Qarabağ"ın sahibi Abdolbari Gözəl ilə görüşüb.

 

Sportal.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki klub arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Xatırladaq ki, dünən Hasan Çavuşoğlu "Qarabağ"ın bazasını ziyarət etmişdi.

 

Xəbər xətti