"Elmar Baxşıyev dedi ki, "Qəbələ"də qalmağını istəyirəm"

Heyətini qorumağa çalışan “Qəbələ” artıq bəzi futbolçularla müqaviləni yeniləyib.

 

Komandanın kapitanı Asif Məmmədov klubla yeni anlaşma imzalamasa da, Sportal.az saytına açıqlama verən təcrübəli futbolçu artıq razılığın əldə olunduğunu deyib:

 

“Elmar Baxşıyev dedi ki, “Qəbələ”də qalmağını istəyirəm. Nə qədər gücüm varsa, komandaya kömək etməyə hazıram. Anlaşmanın müddəti barədə aramızda söhbət olmayıb. Yaxın günlərdə gedib müqavilə bağlayacağam”.

 

Qeyd edək ki, bu mövsüm “Qəbələ”nin əsas heyət üzvü olan Asif Məmmədov inamlı oyunu ilə diqqət çəkib.

 

Tarix: 26 May [22:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio