"Borussiya" qapıçı transfer etdi

11:30 - 28 May 2022

Almaniyanın "Borrusiya Dortmund" klubu "Yan Regensburq" klubunun 31 yaşlı qapıçısı Aleksander Meyeri transfer edib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Dortmund təmsilçisinə azad agent qismində keçən qapıçının muqaviləsinin müddəti 2023-2024 mövsümünün sonuna qədər nəzərdə tutulub. 

 

Qeyd edək ki, Meyer geridə qalan mövsümdə Almaniyanın 2-ci Bundesliqa təmsilçisinin heyətində 30 oyuna çıxıb.  

Xəbər xətti