"Kəpəz" rəsmisindən iddialı açıqlama

22:05 - 30 May 2022

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Kəpəz"in azarkeşlərlə əlaqələndirici nümayəndəsi Elmar Əliyev sosial şəbəkə hesabında iddialı status paylaşıb.

 

Sportal.az xəbər verir ki, o, bunu qeyd edib:

 

“Azarkeşlər narahatdır ki, biz niyə oyunçu almırıq. İnşallah yaxın günlərdə bilinəcək. Narahat olmayın, “Kəpəz” gəlir, özü də adınalayiq komanda ilə. Mən bunu tam səmimi deyirəm. “Kəpəz” ordusu ilə, Premyer Liqaya rəng qatan azarkeşləri ilə qayıdır”.

Xəbər xətti