Paytaxt klubunu ispaniyalı çalışıdıracaq

18:07 - 10 İyun 2022

Rusiyanın "Spartak" klubunun yeni baş məşqçisi müəyyənləşib.


Sportal.az xəbər verir ki, Moskva təmsilçisini Gilyermo Abaskal çalışdıracaq. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.


İspaniyalı mütəxəssislə imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.


Gilyermo Abaskal "Spartak"ın baş məşqçisi postunda istefaya göndərilən Paolo Vanolini əvəz edib.

 

Xəbər xətti