"Kəpəz"in müdafiəçisi "Səbail"də

20:53 - 19 İyun 2022

"Səbail" növbəti transferini həyata keçirib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Vüqar Həsənovla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm "Kəpəz"də oynayıb. Bakı təmsilçisi bu gün "Şamaxı"dan Vüsal Qənbərovu da transfer etmişdi.

Xəbər xətti