"Barselona"nın ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunda yenidənqurma işləri aparılacaq.
Sportal.az xəbər verir ki, buna görə də Kataloniya təmsilçisi 2023/2024 mövsümündə ev oyunlarını doğma məkanda keçirə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Barselona" 2023/2024 mövsümündə rəqiblərini Lyuis Kompanis adına Olimpiya Stadionunda qəbul edəcək. Arenanın tutumu 55 min nəfərlikdir.
Tarix: 21 İyun [18:16]
|
|
Müəllif: Sportal.az
|