"Fehervar"ın qolkiperi: "Qəbələ"nin güclü və zəif tərəflərini analiz edirik"

12:43 - 22 İyun 2022

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “MOL Fehervar”in futbolçusu Daniel Kovaç yerli mətbuata danışıb.

Sportal.az “Csakfoci” portalına danışan 28 yaşlı qolkiper bunları deyib:

“Biz səpələnmişlər qrupunda olacağımızı bilirdik. Amma bu, heç nə demək deyil. Çünki ötən mövsüm də biz “Ararat”a uduzduq. Bizi çətin mübarizə gözləyir. “Qəbələ” ilə oyunlara hazırlığa başlamışıq. Rəqibin güclü və zəif tərəflərini analiz edirik. Bu oyunlara ciddi hazırlaşmaq lazımdı”.

 

Xəbər xətti