"Fənərbaxça" rəhbərliyi Özillə bağlı qərarı dəyişməyə hazırlaşır

17:07 - 26 İyun 2022

"Fənərbaxça" rəhbərliyi Mesut Özillə bağlı yeni qərar qəbul etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, mart ayından etibarən əsas komandadan uzaqlaşdırılan ulduz futbolçu əfv edilə bilər. "Sarı-lacivərtlilər"in prezidenti Ali Koç və idarə heyəti üzvləri yaxın günlərdə toplanaraq 33 yaşlı yarımmüdafiəçi ilə bağlı qərar verəcək.

 

Qeyd edək ki, Mesut Özil başa çatan mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 26 matçda 9 qol və 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti