"Real" 19 yaşlı hücumçu transfer etdi

13:54 - 27 İyun 2022

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Deportivo"dan hücumçu Noel Lopesi transfer edib. 19 yaşlı futbolçu üçün "kral klubu" 300 min avro təzminat ödəyib.

 

Gənc futbolçu "Real"ın B komandasında çıxış edəcək.

 

Qeyd edək ki, İspaniya U-19 millisinin üzvü başa çatan mövsümdə "Deportivo"nun gənclər komandasının heyətində meydana çıxdığı 35 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti