Millilərimizin oyunlarının təqvimi açıqlandı

19:18 - 4 Avqust 2022

Voleybol üzrə Azərbaycan milli komandalarının Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığma ilk görüşündə Seneqalla qarşılaşacaq. Görüş oyunların rəsmi açılışından 1 gün əvvələ – avqustun 8-nə təsadüf edəcək.

 

Kişi voleybolçulardan ibarət kollektiv isə avqustun 9-da meydana çıxacaq. A qrupunda yer alan yığma Sudanı sınağa çəkəcək.

 

İslamiada 9-18 avqust aralığında keçiriləcək.

 

İslam Həmrəyliyi Oyunları

Qadınlar, B qrupu

8 avqust
17:00. Seneqal – Azərbaycan

 

10 avqust
14:00. Əfqanıstan – Azərbaycan

 

12 avqust
14:00. Kamerun – Azərbaycan

 

Kişilər, A qrupu

9 avqust
11:00. Sudan – Azərbaycan

 

11 avqust
20:00. Azərbaycan – Kamerun

 

13 avqust
17:00. Azərbaycan – Mərakeş

Xəbər xətti