"Neftçi" "Rapid"lə oyuna hazırlaşır

20:55 - 9 Avqust 2022

“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsində qarşılaşdığı “Rapid” (Vyana) klubu ilə cavab matçının hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, avqustun 7-də Şamaxı şəhər stadionunda baş tutan Misli Premyer Liqasının I tur oyununun ertəsi günü “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən "ağ-qaralar" bu gün də eyni məkanda hazırlıq keçib.

Məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Rapid” – “Neftçi” görüşü avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək.

Xəbər xətti