"Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

01:04 - 12 Avqust 2022

"Neftçi" Konfrans Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, paytaxt klubu Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq.

"Alyans" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Konfrans Liqası

11 avqust

22:30. "Rapid" (Vyana, Avstriya) - "Neftçi" (Azərbaycan) 2:0

Qol: Marko Qrüll, 67, Ferdi Druif, 113

Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)

Vyana, "Alyans" stadionu

Xəbər xətti