Kasilya La Liqaya qayıtdı

13:25 - 11 Avqust 2022

İspaniyanın "Xetafa" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa klubu "Lids Yunayted"dən ayrılan Kiko Kasilyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı qolkiperlə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kiko Kasilya "Lids Yunayted"ə 2019-cu ilin yanvar ayında Madrid "Real"ından transfer olmuşdu. 35 yaşlı "əlcək sahibi" son mövsümü icarə əsasında "Elçe"də keçirib.

Xəbər xətti