"Neftçi" Vyanada müdafiəçisini itirdi

22:54 - 11 Avqust 2022

"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyununda səfərdə "Rapid"in qonağıdır.

 

Sportal.az xəbər verir ki, Vyanada keçirilən qarşılaşmanın 20-ci dəqiqəsində "ağ-qaralar" müdafiəçi Azər Salahlını itirib. 28 yaşlı sol cinah müdafiəçisi zədələnib və oyuna davam edə bilməyib. Onun əvəzinə Mert Çelik meydana daxil olub.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Rapid" - "Neftçi" matçında hesab açılmayıb.

Xəbər xətti