"Neftçi" pley-offa yüksəlsə, bu komanda ilə qarşılaşacaq

23:03 - 11 Avqust 2022

"Neftçi"nin Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi məlum olub.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" "Rapid" səddini keçə bilsə, Lixtenşteynin "Vaduts" klubu ilə üz-üzə gələcək.

 

"Vaduts" III təsnifat mərhələsinin cavab oyununda səfərdə Türkiyənin "Konyaspor" klubunu 4:2 hesabı ilə məğlub edib. İlk görüş 1:1 hesablı bərabərliklə başa çatdığı üçün Lixtenşteyn təmsilçisi pley-offa adlayıb.

 

Qeyd edək ki, "Neftçi" hazırda "Rapid"lə səfər matçını oynayır. İlk hissədi davam edən qarşılaşmada hesab açılmayıb. Bakıda keçirilən ilk görüşdə "Neftçi" rəqibini 2:1 hesabı ilə məğlub edib.

Xəbər xətti