AFFA "Kəpəz"lə "Turan Tovuz"u cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının 1-ci turunun “Kəpəz” – “Zirə” oyununda meydana kənar əşyalar atıldığı  üçün  meydan sahibi klub 1600 manat cərimə olunur.

“Zirə” klubunun futbolçusu Dmitrios Çantakias rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

1-ci turun “Qarabağ” – “Səbail” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

​1-ci turun “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” klubunun futbolçusu Piruzi Marakvelidze ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

Tarix: 12 Avqust [15:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Oktyabr 2022
4  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio