İslamiada: Azərbaycan yığması yarımfinalda

16:05 - 12 Avqust 2022

Türkiyənin Konya şəhərində davam edən V İslam Həmrəyliyi Oyunlarında voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi növbəti qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, Eldar Yusubovun rəhbərlik kollektiv B qrupunda son görüşündə Kamerun yığmasını 3:1 məğlub edib. Beləliklə, millimiz yarımfinala vəsiqəni təmin edib.

Millimiz bundan əvvəl Seneqal və Əfqanıstana 3:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti