"Neftçi"nin futbolçularını tənqid etdi: "Çoxları bu formanı geyinməyə layiq deyil" - FOTO

18:05 - 12 Avqust 2022

“Neftçi”nin keçmiş forvardı Ruslan Qurbanov feysbuk səhifəsində paylaşım edib.

Sportal.az xəbər verir ki, paytaxt klubunun sabiq hücumçusu “Neftçi”nin Konrfans Liqasının üçüncü təsnifat mərhələsində “Rapid”ə məğlubiyyətini şərh edib:

“Futbolçuların çoxu hansı komandada oynadığını, hansı komandanın formasını geyindiyini hələ ki, dərk etmir. Dünən “Rapid” – “Neftçi” matçını izlədim. Yeni transferlərə görə şoka düşdüm. Forvardın qarşısında heç kim yoxdu, amma epizou vura bilmir. Hücumçu barəsində isə ümumiyyətlə sakit dayanıram. Məncə, "Neftçi"nin hücumçusu forvard deyil, yüngül atletdi. Unutmayın, “Neftçi” flaqmandı və çoxları bu formanı geyinməyə layiq deyil. “Neftçi” azarkeşləri daha çoxuna layiqdi”.


Xəbər xətti