İtaliya klubu "Ayaks"dan futbolçu aldı

12:29 - 19 Avqust 2022

"Torino" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İtaliya klubu "Ayaks"ın müdafiəçisi Perr Sxursu transfer edib.

22 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Amma İtaliya mətbuatı "Torino"nun Perrə görə qarşı tərəfə 9 milyon avro ödəyəcəyini iddia edir.

Xəbər xətti