"Çelsi" "İnter"dən oyunçu aldı

16:53 - 19 Avqust 2022

"İnter"in futbolçusu olmuş Çezare Kazadei "Çelsi"yə keçib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi London klubu ilə 6 illik müqavilə imzalayıb.

"Zadəganlar" italiyalıya görə qarşı tərəfə 15 milyon avro ödəyib.

Kazadei "İnter"in gənclərdən ibarət komandasında çıxış edib. 

Xəbər xətti