"Tottenhem"in futbolçusu "Napoli"də

22:20 - 19 Avqust 2022

İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Tottenhem"in yarımmüdafiəçisi Tanqi Ndombeleni heyətinə qatıb. Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.

 

25 yaşlı fransalı futbolçu 2022/2023 mövsümünü icarə əsasında "Napoli"də keçirəcək. Klublar arasında imzalanan müqaviləsə satınalma bəndi də var.

Xəbər xətti