Azərbaycan millisinin məşqçilərindən olan Fabi Qallo karyerasına İtaliyada davam edəcək.
Sportal.az “TUTTOcalcioPUGLİA” portalına istinadən xəbər verir ki, Canni De Byazinin köməkçisi “Foccia”ya rəhbərlik edəcək.
İtaliyalı mütəxəssisin adıçəkilən klubla 1 illik müqavilə imzalayacağı gözlənilir. Hazırda “Foccia” İtaliya C seriyasında mübarizə aparır.