PSJ Messi ilə danışıqlara başladı

22:36 - 2 Noyabr 2022

PSJ Lionel Messi ilə yeni müqavilə imzalamaq üçün hərəkətə keçib.

 

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Lukas Kampos bu həftə argentinalı uldzuz futbolçu ilə görüşüb. Klub rəsmisi 35 yaşlı hücumçu ilə yeni sözləşmə ilə bağlı danışıqlar aparıb.

 

PSJ dünya çempionatı başlayana kimi argentinalı oyunçu ilə müqavilə məsələsini həll etmək istəyir. Messi klubun təklifini dəyərləndirəcəyini bildirib. Onun komandada qalmaq üçün şərti yüksək maaşdır.

 

Qeyd edək ki, Lionel Messi 2020-ci ilin yayından PSJ-də çıxış edir. Argentina millisinin üzvünün Fransa klubu ilə sözləşməsi mövsümün sonunda bitəcək.

Xəbər xətti