Seneqal 1/8 finala belə yüksəldi - VİDEO

21:17 - 29 Noyabr 2022

Qətərdə keçirilən dünya çempionatında sonuncu turun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, A qrupunda Ekvador və Seneqal yığma komandaları üz-üzə gəlib. Qarşılaşma Afrika təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 6-ya yüksəldən Seneqal millisi qrup ikincisi kimi adını 1/8 finala yazdırıb. 4 xal toplayan Ekvador isə qrupu üçüncü pillədə bitirib və mundialla vidalaşıb.

 

Ekvador - Seneqal 1:2 

Qollar: Moyzes Kaysedo, 68 - İsmaila Sarr, 44 (pen), Xalidu Kulibali, 70

 

Xəbər xətti