Fransa, Avstraliya, Argentina və Polşa 1/8 finalda - YENİLƏNİB

01:00 - 1 Dekabr 2022

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu turunun digər görüşləri oynanılacaq.

Sportal.az xəbər verir ki, C qrupunun lideri Polşa Argentina ilə qarşılaşacaq. Qrupun digər matçında isə Səudiyyə Ərəbistanı Meksika ilə üz-üzə gələcək.

D qrupunda isə növbəti mərhələyə vəsiqəni təmin edən Fransa Tunisi sınağa çəkəcək. Avstraliya isə Danimarka ilə qarşılaşacaq.

30 noyabr

C qrupu

Polşa - Argentina 0:2

Qollar: Aleksis Mak Allister, 46, Julyan Alvares, 68
 

Səudiyyə Ərəbistanı - Meksika 1:2

Qollar: Əl Davsari, 90+6Henri Martin, 48, Luis Çaves, 53

D qrupu

Avstraliya - Danimarka 1:0

Qol: Metyu Leçki, 60
 

Tunis - Fransa 1:0

Qollar: Vahbi Xazri, 58 

Xəbər xətti