Özbəkistanlı forvard İtaliyada klubunu dəyişmək istəyir

11:48 - 2 Dekabr 2022

“Roma”nın hücumçusu Eldor Şomurodov karyerasını “Torino”da davam etdirmək istəyir.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 27 yaşlı forvard “Kremoneze”dən də təklif alıb. 

Amma özbəkistanlı futbolçu bu variant isti yanaşmır. O, “Torino”da oynamaq niyyətindədir. 

Özbəkistanın “Məşəl” klubunun yetirməsi “Bunyedkor”, “Rostov” və “Cenoa”da oynadıqdan sonra ötən il “Roma”ya keçib.

 

Xəbər xətti