Futbol üzrə Azərbaycan I Dİvizionunda XXIII tura start verilib.
Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında MOİK-i qəbul edib. Qarşılaşma son çempionun 3:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 15-ə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. MOİK də 15 xal toplayıb və 9-cu yerdədir.
"Qaradağ Lökbatan" – MOİK 3:0
Qollar: Murad Dadaşov 7, Mehdi Həşimov 51, Sabir Allahquliyev 76
Tarix: 5 Dekabr [21:15]
|
|
Müəllif: Sportal.az
|