Karlo Ançelottidən Braziliya millisi ilə bağlı açıqlama

20:05 - 19 Dekabr 2022

Adı Braziliyalı milli komandası ilə hallanan "Real"ın baş məşqçisi Karlo Ançelotti bu mövsu ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis müqaviləsinin sonuna kimi Madrid klubunda qalacağını deyib:

 

"Gələcəkdə nələr olacağını bilmirəm. Bu günü yaşayıram. Hazırda Madriddə möhtəşəm vaxt keçirirəm. Bu mövsüm hədəflərimiz çoxdur. Gələcəyimi düşünmək üçün vaxtım olacaq. 30 iyun 2024-cü il tarixinədək "Real"la müqaviləm var. Florentina Peres məni göndərməsə, sözləşməm bitənə qədər buradan getmək fikrim yoxdur".

Xəbər xətti