"Şamaxı" serblərə məğlub oldu

18:33 - 18 Yanvar 2023

"Şamaxı" Antalya toplanışı çərçivəsində sonuncu hazırlıq oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Serbiyanın "Napdedak" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Vüqar Əsgərlinin yetirmələrinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Şamaxı" Türkiyədə daha əvvəl "Kaysar"la (Qazaxıstan) 0:0 heç-heçə edib, "Botoşani" (Rumıniya) (0:1) ilə görüş isə 67-ci dəqiqədə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.

Xəbər xətti