"Mançester Siti"nin sabiq forvardı Türkiyədə

10:47 - 31 Yanvar 2023

Türkiyənin Superliqasının təmsilçisi "Ümraniyəspor" klubu daha bir transfer edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Nigeriya millisinin və “Şaxtyor”da (Donetsk) oynamış Olarenvaju Kayode ilə anlaşıb.

29 yaşlı forvard bu mövsümün sonuna kimi icarə əsasında "Ümraniyəspor"da çıxış edəcək.

Kayode daha öncə "Qaziantep” və “Sivasspor” klublarında oynayıb. “Şaxtyor”a 2018-ci ildə “Mançester Siti”dən transfer olunmuş nigeriyalı forvard “Jirona”, “Austria” (Vyana), “Makkabi” (Netanya), “Lutsern”, “Mimosas” komandalarında çıxış edib.

Xəbər xətti