"Yuventus"dan "Lids"ə

11:34 - 31 Yanvar 2023

"Lids" "Yuventus"un futbolçusunu heyətinə qatıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının təmsilçisi ABŞ millisinin üzvü olan Ueston Makkenni ilə güclənib.

24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə verilib. "Lids" icarəyə görə "Yuventus"a 1,2 milyon avro ödəyib.

O, "Yuventus"dan əvvəl "Şalke"də oynamışdı. 

Xəbər xətti