Emreli "Legiya"nın ən yaxşıları sırasındadır

11:49 - 31 Yanvar 2023

Xorvatiyanın "Dinamo" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli Polşanın "Legiya" klubunun son on ildə ən çox qol vuran futbolçularının onluğuna daxil olub.

Sportal.az "Sport.tvp.pl" portalına istinadən xəbər verir ki, Emreli hər oyuna orta hesabla 0,33 qol vurub (ümumilikdə, 33 matçda 11 qol). 

Millimizin forvardı bu göstərici ilə qol vuranlar siyahısında 10-cu sırada qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycan millisinin hücumçusu 2021/22 mövsümünün ilk yarısında Varşava təmsilçisində çıxış edib.

Xəbər xətti