"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu transfer etdi

12:07 - 1 Fevral 2023

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Bavariya"dan Marsel Sabitsezi transfer edib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında "Mançester Yunayted"də çıxış edəcək. Klublar arasında imzalanan müqavilədə satınalma maddəsi yoxdur.

 

Qeyd edək ki, Marsel Sabitser "Bavariya"ya 2021-ci ilin yayında "Leyptsiq"dən transfer olunub. Avstriya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti