"Qəbələ"nin Belçikadan gətirdiyi mərakeşli - VİDEO

13:43 - 7 Fevral 2023

"Qəbələ" qış "transfer pəncərəsi"nin bağlanmasına az qalmış heyətini mərakeşli futbolçu ilə gücləndirdi.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi son olaraq "Ekselsior Virton" klubunda oynamış Ayyub Allaşla müqavilə imzaladı.

Bu mövsüm adıçəkilən klubun heyətində Belçika aşağı liqasında 14 oyuna çıxmış yarımmüdafiəçi 2 qolla yadda qalıb. 25 yaşlı yarımmüdafiəçi həm mərkəz yarımmüdafiəçisi, həm də vinger kimi oynaya bilir.
 

Mirbağırağa

Xəbər xətti