"Azərbaycanla matçda yaradılacaq qol şanslarından maksimum yararlanmalıyıq"

21:45 - 27 Mart 2023

İsveç milli komandasının yarımmüdafiəçisi Kristoffer Olsson AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Solnada Azərbaycan yığmasına qarşı keçirəcəkləri F qrupunun oyunu görüşü ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “Fotballskanalen”ə açıqlama verən isveçli məqsədlərindən söz açıb:

"Biz həm hücumda, həm də müdafiədə daha çox konsentrasiya olmaq və təkmilləşmək istəyirik. Azərbaycanla matçda yaradılacaq qol şanslarından maksimum yararlanmalıyıq. Biz qol epizodları yaratmalıyıq. Vəziyyətə hakim olmalı, ilk növbədə topa nəzarət etməliyik"ş

Xəbər xətti