Gürcü futbolçu: "Kəpəz"in düşmə təhlükəsi yoxdur" - MÜSAHİBƏ

11:39 - 30 Aprel 2023

"Kəpəz"in gürcü yarımmüdafiəçisi Mate Kvirkviya Sportal.az saytına müsahibə verib:

- "Sumqayıt"la matç haqda fikirlərini bildirərdin...

- Çox çətin oyun alındı. Amma biz bunu bilirdik. Bacardığımız qədər yaxşı hazırlaşmışdıq. Məncə, bizdə çox şey alınmadı. Bütün oyunları qələbə ilə başa vurmaq çətindir.

- Bu məğlubiyyət Premyer Liqada qalmaq şansınızı riskə salmadı?

- Mövqe olaraq yaxşı vəziyyətdəyik. Düzdü, hələ rəsmi olaraq Premyer Liqada qalmamışıq. Amma digər komandaları qabaqlayırıq. Bugünkü gündə əldə etdiyimiz nəticələr məncə, yaxşıdır. Düşünürəm ki, bizim yerimizdə başqa komanda olsaydı, psixoloji olaraq çökəcəkdi və bu nəticələri əldə edə bilməyəcəkdi.

- Qarşıda 4 çətin oyununuz var. Hansı nəticəyə ümid edirsiniz?

- Bəli, əlbəttə ki, güclü rəqiblərə qarşı 4 oyunumuz qalıb. Amma bu, bizi qorxutmur. Biz artıq bu rəqiblərə qarşı oynamışıq və xal qazana bilmişik. Ona görə də bu mərhələdə qələbə üçün mübarizə aparacağıq. 

- Premyer Liqada qalmaq şansınızı necə dəyərləndirirsən?

- Məncə, “Kəpəz”in düşmə təhlükəsi yoxdur. 90% faiz Premyer Liqada qalmışıq.

- "Kəpəz"lə müqavilən mövsümün sonunda başa çatır. Yeni sözləşmə təklif olunub?

- Xeyr, hələ heç kimlə danışmamışam. İndi bütün fikrim “Kəpəz”lə bağlıdır. Mövsümün sonunda gələcəyimlə bağlı qərar verəcəyəm. Burada oynamağı xoşlayıram. Tarixi olan böyük klubundayam və bu, mənim üçün əlavə motivasiyadır. "Kəpəz"lə tarix yazmaq istəyirəm. 

- Azərbaycandan və ya başqa ölkələrdən təkliflər var?

- Bəli. Amma  hazırda bunu açıqlamaq istəmirəm.

Elçin Əlixan

Xəbər xətti