"Kəpəz"in futbolçusu: "Stadionumuzun ot örtüyünün vəziyyəti bizi çox geriyə saldı"

12:30 - 5 May 2023

"Demək olar ki, hər oyunu səfərdə keçiririk. Yol qət etmək, şəraitin yaxşı olmaması komandada yorğunçuluğa gətirib çıxarır. Gəncədə oynayanda çox azarkeş gəlirdi, daha yaxşı motivasiya olurduq görüşlərə. Stadionumuzun ot örtüyünün vəziyyəti, bizi çox geriyə saldı. Amma mübarizəmizi davam etdiririk".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in futbolçusu Fərid Nəbiyev deyib.

Gəncə təmsilçisinin aparıcı üzvü komandasının növbəti turlarda "Sabah", "Zirə", "Neftçi" və "Qəbələ"yə qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb. Nəbiyev bu rəqiblərlə oyunda da xallar qazana biləcəklərini söyləyib: 

"Bu rəqiblərlə əvvəl də oynamışıq. Heç bir oyunda onlardan zəif təsir bağılamamışıq. Futboldur da, bəlkə hamısında qlaib gəldik, bilmək olmaz. Nə qədər çox xal toplasaq, bir o qədər yaxşıdır".

Xəbər xətti